Ru
22:44 / 10 May 2024

Güclü maqnit qasırğası başlayıb

1905
Yer kürəsində güclü maqnit qasırğası başlayıb

Bakupost.az xəbər verir ki, bu barədə “TASS”a Rusiya Tətbiqi Geofizika İnstitutunun Heliogeofizika Xidmətindən məlumat verilib.

Belə ki, Yerin maqnit sahəsində pozulma beş göstəricili monitorinq şkalası üzrə “güclü” mənasını verən “G3” səviyyəsinə yüksəlib.

Səviyyə “G3” o deməkdir ki, Yer kürəsində enerji sistemləri, o cümlədən təhlükəsizlik sistemlərində yanlış siqnallarla bağlı problemlər ola bilər. Peyk və aşağı tezlikli radionaviqasiyada fasilələr və yüksək tezlikli radio rabitəsində fasilələr də yarana bilər.

Bu günlərdə risk qrupuna daxil olan xəstələrin, yaşlı insanların və uşaqların səhhətində müəyyən narahatlıq-diskomfort halı güclənə bilər. Belə hallarda təşvişə düşmədən həkim nəzarəti altında profilaktik tədbirlərin görülməsi, fiziki və psixoloji yüklənməni azaldaraq fəal istirahətə üstünlük verilməsi tövsiyə olunur.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər