Ru
14:33 / 28 Aprel 2026

Gülay son konsertində Ebru Gündeşi kopyaladı - VİDEO

Gülay son konsertində Ebru Gündeşi kopyaladı -  VİDEO
Eye

Müğənni Gülay Zeynallı son konsertində seçdiyi səhnə obrazı ilə diqqət mərkəzinə düşüb.

Bakupost.az xəbər verir ki, sənətçinin imici sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Belə ki, üç gün əvvəl Heydər Əliyev Sarayında ilk solo konsertini verən Gülayın səhnə görünüşü Türkiyənin tanınmış müğənnisi Ebru Gündeşin ötən il dekabrın 25-də “Volkswagen Arena”da keçirilən “Beraber Söylüyoruz” konsertindəki səhnə stilinə bənzədilib.

Həmin konsertdə Gündeş kostyum və qalstukla daha qapalı imicdə səhnəyə çıxmışdı. Gülayın da bənzər detallara üstünlük verməsi izləyicilərin diqqətindən yayınmayıb.

Sosial şəbəkələrdə bir çox istifadəçilər sənətçinin türkiyəli müğənnidən ilhamlandığını, hətta onu kopyaladığını iddia ediblər. Digərləri isə onun kimisə kopyalamağa ehtiyacı olmadığını bildiriblər.

Yasəmən, BakuPost

" target="_blank">

Şərhlər
  • Elxan Huseynzadə

    Bu necə video kadr hazırlamaqdır? İki video bir anda səsləndirilir. Çox gülünc bir vəziyyətdəsiniz.

  • Ramil

    Bu kliplərin birin qoyunda səslər biri birinə qarışır

  • NAILE ELLEZOVA

    Gulay xanimin konsertde mende istirak etdik ,heqiqeten her sey ci, gozel hazirlanmisdi ,ses cox gozel insan resmen ruhumuz dinceldi konsertde.Gulay xanim Ebru xanim illerin mugennisi ola biler amma Gulayxanimin sesine sehne medeniyyetine cata bilmez

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar