Ru
19:30 / 30 Yanvar 2023

"Gülünc bəhanələr gətirməkdənsə terrorçunu cəzalandırsınlar" - Fikrət Sadıqov

3270
"İrandakı səfirliyimizdə baş verən terror aktından sonra rəsmi ağlabatan bir açıqlama vermədi. Bildirdilər ki, guya məişət zəminində törədilən bir hadisədir, hücum edən şəxsin xanımı guya səfirliyin binasında imiş və s. Bütün bunlar hamısı gülünc bəhanələrdir".

Bunu Bakupost.az -a açıqlamasında politoloq Fikrət Sadıqov İranda səfirliyimizin fəaliyyətini dayandırması barədə xəbəri şərh edərkən bildirib.

O qeyd edib ki, terror törədən şəxs daha sonra jurnalistlərə müsahibəsində İran rəsmilərinin irəli sürdüyü versiyanı təkrarlayıb:


"Təbii ki, belə versiyaları biz qəbul edə bilmərik. Hadisə ilə bağlı ciddi araşdırma aparılmalıdır. İstintaq şəffaf və hüquq normalarına uyğun, ədalətli şəkildə olmalıdır və nəticələri bizə məruzə olunmalıdır. Əsas məsələ odur ki, bu terrorçu ciddi şəkildə cəzalanmalıdır. Çünki səfirliyə hücum edib, adam öldürüb, səfirlikdə olan digər əməkdaşları yaralayıb, onların ailə üzvlərini də hədəf almaq fikrində olub. Vəziyyət çox mürəkkəbdir.

İki ölkə arasında münasibətlər olduqca gərgin idi. Bundan sonra təbii ki, daha da gərginləşəcək. Bizim səfirliyimizin fəaliyyətini dayandırmaqla bağlı qərarımız da doğrudur. Bundan sonra orada belə bir şəraitdə fəaliyyət göstərməyə heç bir əsasımız yoxdur".

Əfsanə Rəcəb
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər