Ru
16:20 / 02 Mart 2023

Günəşdə güclü partlayış ola bilər- Yerə təsiri gözlənilir

Günəşdə güclü partlayış ola bilər- Yerə təsiri gözlənilir
Eye

Tədqiqatçılar Günəşdə iki ürək döyüntüsünə bənzər səs qeydə alıb.

Bakupost.az xəbər verir ki, alimlər bu səslərin ən güclü partlayışları anlamağa kömək edəcəyini deyib.

Günəş atmosferindəki səslərin hər 10-20 saniyədən bir eşidildiyi bildirilib.

Ritmik səslərin ulduz səthindən 5 min kilometr hündürlükdə olan C sinfinə aid bir günəş partlayışına aid olduğu güman edilir.

Araşdırmaya görə, günəş alovları çox güclü bir enerjinin çıxmasına şərait yaradır. Böyük partlayışlardan biri Yerə də təsir edə bilər.

ABŞ-da ilk səsin gəldiyi yer dəqiq müəyyən edilib. İlk səsin məşəlin nüvəsindən keçən 25 min kilometrlik elektrik cərəyanının təməlindən gəldiyi güman edilir.

Günəşdəki səslə bağlı mütəxəssislər tərəfindən araşdırmaların davam etdiyi bildirilib.

Aynur
BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar