Ru
11:48 / 21 Sentyabr 2022

Göyçə-Zəngəzur Respublikasını yaradanlar o yerlərə qayıdacaqlar - Elman Məmmədov

Göyçə-Zəngəzur Respublikasını yaradanlar o yerlərə qayıdacaqlar - Elman Məmmədov
Eye

İki yüz nəfərə yaxın ziyalıdan formalaşmış Qərbi Azərbaycana Qayıdış Birliyi Ali Məşvərət Şurası Göyçə-Zəngəzur Respublikasının (GZR) yaradıldığı ilə bağlı bəyanat yayıb. Bu təşəbbüs necə dəyərləndirilir?


Məsələ ilə bağlı Bakupost.az -a açıqlama verən millət vəkili Elman Məmmədov bildirib ki, bu ideya Göyçə-Zəngəzur bölgəsinin köklü əhalisinin arzusundan qaynaqlanır.


Millət vəkili hesab edir ki, burada qəbahət bir şey yoxdur:





"Azərbaycan dövləti rəsmi qaydada bu məsələ ilə məşğul olmur. Bu məsələ həmin tarixi torpaqlarımızdan son 1 əsrdə didərgin salınmış əhalinin arzusundan irəli gəlir. Bu təşəbbüsü onlar irəli sürüb. Onlar doğma dədə-baba yurdlarına qayıtmaq arzusunu bildirir. Yəni, bu ərazilərə təşkilatlanmış formada özlərinin rəsmi dövlət qurumunu formalaşdırıb qayıtmaq istəyirlər. Hesab edirəm ki, onlar bu fikirlərində haqlıdır. Tarixi təcrübələrə nəzər salsaq, müxtəlif mühacir hökumətlərinin qurulduğunu görə bilərik. Göyçə-Zəngəzur Respublikasını yaradanlar gələcək barədə nikbindirlər. Onlarda qəti daxili inam var ki, o yerlərə qayıdacaqlar".

Fəridə
Baku Post

Şərhlər
  • t.ədalət

    Biz , qədim Azərbaycan ərazilərində mövcud olan İrəvan dövlətini tanıyırıq."zəngəzur-Göyçə" respublikası kürdlərin növbəti fırıldağıdır.Vaxtı ilə buna bənzər "qırmızı kürdüstan" deyilən seperatçı bir qurum yaradılmışdı.Tez də ləğv olundu.Kürdlər lap başlarını itiriblər.Deyəsən,onlar Azərbaycan sərhədlərinin yaxınlığında gələcəyin terror ocağını yaratmaq istəyirlər.Ancaq,unudurlar ki,Əbülfəz Əliyevin yaratdığı imkanlar hesabına oğurlanmış Azərbaycan pulları ilə müəyyən müddət fəaliyyət göstərə bilərlər.Azərbaycanda yaşayan kürdlər arasında gizli yazışma gedir,birlik qurmaq üçün çabalar göstərilir.

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar