Ru
09:19 / 03 May 2022

Hacı Şahin Ayın görünməsi məsələsinə aydınlıq gətirdi - VİDEO

81070
İlahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi Hacı Şahin Həsənli Ayın görünməsi ilə bağlı məsələlərə aydınlıq gətirib.


Bakupost.az xəbər verir ki, onun sözlərinə görə, dinimizdə Ayın görünməsi əsas şərt hesab olunur:


“Bayram Ayın görünməsi ilə məlum olur. Quranda da qeyd olunur ki, Ayı görənə qədər oruc tutun. Yəni Ayı müşahidə etdikdən sonra oruc oluruq və yaxud da orucumuzu açıb, bayramı qeyd edirik. Bu dinimizin qaydalarıdır. Bu məsələlər hazırda elmi görüşlər və dini baxışlarla birgə tənzimlənir.


Ayın görünməsi ilə bağlı öncədən qəti bir şey demək olmur. Çünki bəzən hava şəraiti və s. amillər Ayın müşahidə edilməsinə mane ola bilər. Ona görə də bunlar ehtimallar əsasında deyilir. Birmənalı şəkildə deməliyəm ki, bu məsələdə hansısa siyasi çalar yoxdur. Bu məsələni siyasiləşdirmək kökündən yanlışdır. Bu, şəriət məsələsidir”.

Daha ətraflı videoda:



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər