Ru
10:15 / 17 Aprel 2024

Hadı Rəcəblinin oğlu atasının ölümündən danışdı - "Analizlər vermişdi..."

2882
"Atamın heç bir xəstəliyi yox idi. Ölümü çox ani oldu”.

Bakupost.az xəbər verir ki, bunu Bizim.Media-ya sabiq deputat Hadi Rəcəblinin oğlu Tural Rəcəbli bildirib.

O qeyd edib ki, xəbəri eşidən kimi Moskvadan Bakıya uçub: “Hazırda aeroportdayam. Atamla danışırdıq, çox yaxşı idi. Ölümü qəfildən oldu. Heç bir xəstəlikdən əziyyət çəkmirdi, narahatlığı yox idi. Analizlər də vermişdi. Biz ürəyindən şübhələnirik”.

Onun sözlərinə görə, Hadi Rəcəbli bu gün “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq.

Xatırladaq ki, H. Rəcəbli I-V çağırış Milli Məclisin deputatı (1995-2020-ci illər), Əmək və Sosial Siyasət Komitəsinin sədri olub.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər