Ru
20:23 / 29 Sentyabr 2022

Hande Yenerdən İran qadınlarına dəstək: səhnədə saçlarını kəsdi - VİDEO

2882
Türkiyəli məşhur müğənni Hande Yener İranda əxlaq polisi tərəfindən Məhsa Əmininin öldürülməsindən sonra ölkədə başlayan etirazlara dəstək nümayiş etdirib.



Bakupost.az xəbər verir ki, konsertində bütün qadınlara azadlıq arzulayan müğənni “Ağlama” adlı mahnısını ifa edərkən göz yaşlarına hakim ola bilməyib.



Səhnədə saçlarını kəsən ifaçı "Azadlığı uğrunda mübarizə aparan bütün qadınlara, həyatını itirən balaca qızlarınıza görə... Onlar hələ çox körpədirlər. Onlara və dünyanın bütün qadınlarına azadlıq arzulayıram! Kişilər də bizi dəstəkləyirlər. Çox sağ olsunlar. Biz birlikdə xoşbəxtik. Övladlarını itirən ailələrə baş sağlığı veririk. Kaş saçlarını kəsməklə azadlıqlarını əldə edə bilsəydilər. Bu sadəcə bir simvoldur", - deyə bildirib.



Yenerin çıxışı zamanı nəhəng ekranda "Dünyadakı bütün qadınlar üçün azadlıq istəyirik!" şüarı əks olunub. İzləyicilər müğənni və komandasını bu addıma görə dəqiqələrlə alqışlayıblar.





Aysel
Baku Post
Hande Yenerdən İran qadınlarına dəstək: səhnədə saçlarını kəsdi - VİDEO
Hande Yenerdən İran qadınlarına dəstək: səhnədə saçlarını kəsdi - VİDEO
Hande Yenerdən İran qadınlarına dəstək: səhnədə saçlarını kəsdi - VİDEO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər