Ru
17:55 / 26 Sentyabr 2024

Harris qalib gəlsə belə, vəziyyətimiz pisləşəcək - Ukraynalı məımur

Harris qalib gəlsə belə, vəziyyətimiz pisləşəcək - Ukraynalı məımur
Eye

Prezident Vladimir Zelenskiyə yaxın bəzi ukraynalı rəsmilər ABŞ-da qarşıdan gələn seçkilərdə kimin qalib gəlməsindən asılı olmayaraq, ölkədə vəziyyətin pisləşməyə doğru davam edəcəyini düşünürlər.

Bakupost.az xəbər verir ki, bu barədə "Times" jurnalı məlumat yayıb.

"Seçkidə kimin qalib gəlməsindən asılı olmayaraq, bizim vəziyyətimiz daha da pisləşəcək", - deyə nəşr Ukraynanın adı açıqlanmayan məmurlardan birindən sitat gətirib.

Onun sözlərinə görə, ABŞ-ın vitse-prezidenti Kamala Harris seçkilərdə qalib gəlsə, hazırkı dövlət başçısı Co Baydenin Ukrayna siyasəti davam etdiriləcək. Lakin bu siyasət Ukrayanda "kifayət qədər və həlledici hesab olunmur".

Qeyd edək ki, ABŞ-da seçkilər noyabrın 5-də keçiriləcək.

Zaur
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar