Ru
09:36 / 11 Avqust 2022

Bakı aeroportunda çətin anlar: minlərlə sərnişin növbədə qaldı - VİDEO

13257

Heydər Əliyev Beynəlxalq Aeroportunda minlərlə insan çətin anlar yaşayıb.


Bakupost.az xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşımlar edilib.


Bildirilib ki, hava limanında baqaj verən qurğu işləməyib. 4 reysin sərnişinləri saatlarla sıxlıqda qalıb.


Məsələ ilə bağlı hava limanından qeyd edilib ki, hazırda elektrik təchizatı tam bərpa edilib.


Məlumata görə, hazırda Bakı aeroportunun bütün infrastrukturu ştat rejimində fəaliyyət göstərir. Elektrik enerjisinin kəsilməsi təyyarələrin gəliş-gediş cədvəlinə ciddi təsir göstərməyib.


Enerji təchizatında yaranan problemlər səbəbindən aeroport operativ şəkildə ehtiyat enerji mənbələrinə keçirilmişdi.



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər