Ru
13:00 / 04 İyul 2025

“28 May”ın yaxınlığındakı həmin köşk götürüldü

“28 May”ın yaxınlığındakı həmin köşk götürüldü
Eye

Bakının “28 May” metrostansiyasının qarşısındakı ərazidə, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin yanında qanunsuz qoyulan köşk götürülüb.

Bakupost.az xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) bildirilib.

Məlumata əsasən, araşdırma nəticəsində sözügedən köşkün əraziyə qanunsuz quraşdırıldığı məlum olub:

“Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq strukturu ötən gün qanunsuz yerləşdirilən köşkü ərazidən götürüb”.

Qeyd edək ki, “Bakı Dəmiryol Vağzalı” və “28 May” metrostansiyasının qarşısındakı ərazidə abadlıq-quruculuq işləri aparılan zaman yığışdırılan köşkün ötən gün yenidən yerləşdirildiyi məlum olub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar