Aktrisa Cəmilə Tağızadə Milli Məclisin deputatı Günay Ağamalının uşaqpulu ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.
Bakupost.az Musavat.com-a istinadla xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında paylaşdığı videoda deputatın “Uşaqpulu tənbəllik yarada bilər” açıqlamasına ironik şəkildə reaksiya verib.
Cəmilə Tağızadə zarafatla bildirib ki, əgər ölkədə uşaqpulu verilsəydi, həmin vəsait hesabına dünyanın müxtəlif ölkələrini gəzər, hətta Maldiv adalarına səyahət edərdi.
Aktrisa paylaşımında qeyd edib:
“Uşaqpulu verilsə idi, Maldivə gedərdim. Tənbəlləşmək istəyirəm. Deyirəm, ağ günə çıxardıq, hamımız tənbəlləşərdik. Siz uşaqpulunu nə edərdiz? Mən dünyanı gəzərdim. Day məni tutmaq olmazdı ki...”
Sənətçinin paylaşımı sosial şəbəkə istifadəçiləri arasında da müzakirələrə səbəb olub.