Ru
09:00 / 30 Oktyabr 2026

İki helikopter havada toqquşdu - Ölənlər var - FOTO

İki helikopter havada toqquşdu - Ölənlər var - FOTO
Eye

ABŞ-nin Oreqon ştatında hava limanı yaxınlığında iki helikopterin havada toqquşaraq əkin sahəsinə düşməsi nəticəsində 3 nəfər həyatını itirib. Qəza səbəbindən əsas magistral yollardan biri nəqliyyatın hərəkətinə bağlanıb.

“Bakupost” xəbər verir ki, Yamhill dairəsinin şerifinin məlumatına görə, hadisə Portlend şəhərinin cənub-qərbindəki Makminvil hava limanı yaxınlığında qeydə alınıb.

Qəza zamanı “Robinson R22” təlim helikopterində olan 22 yaşlı təlimatçı-pilot Məddi Aasbo, Böyük Britaniyadan olan tələbə-pilot və digər “Airbus H125” helikopterinin 38 yaşlı pilotu Tayler Stardevant həlak olublar.

Helikopterlərdən birinin “Jerry Trimble Helicopters” aviasiya məktəbinə məxsus olduğu bildirilir.

Hadisənin səbəbləri Federal Aviasiya Administrasiyası (FAA) və Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) tərəfindən araşdırılır. Qəza ilə əlaqədar Dayton şəhəri yaxınlığındakı 233 nömrəli şose və ətraf yollar nəqliyyata bağlanıb, rəsmilər əhalini ərazidən uzaq durmağa çağırıb.

İki helikopter havada toqquşdu - Ölənlər var - FOTO
Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar