Ru
16:37 / 02 İyul 2025

Bəylər Eyyubovu əvəz edən Fərid Əsgərovla bağlı maraqlı faktlar - Rafael Ağayevin anası üçün...

Bəylər Eyyubovu əvəz edən Fərid Əsgərovla bağlı maraqlı faktlar -  Rafael Ağayevin anası üçün...
Eye

Xəbər verdiyimiz kimi, Prezidentin Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsindən azad edilərək, Prezident katibliyinin rəhbəri təyin edilən Bəylər Eyyubovun yerinə Fərid Əsgərov təyin olunub.
Bakupost.az xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin marketinq direktoru Ləman Ağayeva Fərid Əsgərov barəsində paylaşım edib.

O, paylaşımda Fərid Əsgərovun xarakteri ilə bağlı bəzi məqamları açıqlayıb:

“Fərid Əsgərovla ilk dəfə 2007-ci ildə Gimnastika Federasiyasında çalışdığım dövrdə tanış olmuşam. O vaxtdan bu günə qədər onu yalnız bir cür tanımışam — vicdanlı, zəhmətkeş, səmimi və dostlarına son dərəcə bağlı insan kimi. Fərid hər zaman ailəsinə – anasına, övladlarına, bacı-qardaşına qarşı böyük qayğı və məsuliyyət hissi ilə yanaşan bir insan olub. Kənardan baxanda bəlkə də hər şey asan görünə bilər, amma onun peşəkar fəaliyyəti və gündəlik həyatdakı zəhməti heç də asan deyil. Hər zaman işinə ürəyini qoyub, nə iş görürsə, səviyyəli, zövqlü və məsuliyyətlə yerinə yetirir.

Ən çox da Fəridi fərqləndirən bir cəhət var — o, dostluğa sadiq bir insandır. Elə vəziyyətlər olur ki, insanlar imkan və vəzifə sahibi olduqdan sonra dəyişirlər, ətrafına yadlaşırlar. Amma Fərid hər zaman dostlarının, yaxınlarının yanında olub, çətin günlərdə onların yanında dayanmağı bacarıb.

Onun əsl insanlıq nümunəsi olduğunu göstərən çoxlu misallar var. Məsələn, dünya və Avropa çempionu Rafael Ağayevin anasının müalicəyə ehtiyacı olduğu çətin bir zamanda, Fərid bütün qəlbi ilə yardım üçün əlindən gələni edib, məsələni şəxsən ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya çatdırıb. Mehriban xanım da özünəməxsus mərhəmət və diqqətlə bu məsələyə dərhal reaksiya verib və dəstək göstərib.

Fəridin xarakterini tanıyan biri kimi əminəm – başladığı bu yeni yolda da o, hər zaman olduğu kimi işinə ürəyini qoyacaq, insanlara fayda verməyə çalışacaq və ən yüksək nəticələrə nail olacaq.

Uğurlar sənə, Fərid! Allah hər zaman köməyin və yanında olsun!”, - Ləman Ağayeva bildirib.

Elnur,
BakuPost

Şərhlər
  • Abazərov Fərid

    Fərid müəllim insalığı,xarakteri elə onun üz cizgilərində əks olunub.Uğurlar arzu edirəm.ALLAH daim yolunu açıq etsin!

  • Dadaşov Ceyhun

    Fərid bəyə bu məsuliyyətli işində ugurlar arzu edirəm

  • Tərlan

    Uğurlar olsun və Allah köməyi olsun !

  • Ramin Mustafayev

    Məncə dövlətin prezidentin təhlükəsizliyi xidmətindeki adamlar açıqlanmalıdır . Bu ne demekdir bu xanım her şeyi açıb töküb ortaya alması belə geldi uşağı belə getdi bezi məqamlara deyesen məlumat ötürür açıq aşkar belə düz deyil . Prezidentin təhlükəsizliyi elə dövlətimizin xalqımızın milletimizin təhlükəsizliyi demekdir . Bu kimi meseleler MENCE çox gizli qalmalıdır . BU və belə kimi şeylər gündem edib işıqlandırmaq lazım deyil ! ! !????????????????????????????????????✊✊✊????????????????????????????????????

  • Ələsgərov Ramin

    DAİMİ BİTMƏYƏN SONSUZ UĞURLAR FƏRİD BƏY YAXŞI Kİ SİZİN KİMİ OĞULLAR VAR

  • Daşqın Musayev

    Allah özü köməyində olsun insAllah mənimdə Fərid bəylə görüşmə imkanım olar

  • Soltanova Z

    Xeyjrli olsun.Uğurlarınız da bol olsun.

  • İmran Əliyev

    Uğurlar! Yolunuz açıq olsun

  • Sahib Əlizadə

    Ügurlar arzulayıram!Allah köməyiniz olsun!

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar