Ru
20:26 / 13 Mart 2026

Ceyhun Bayramov ilə Hakan Fidan arasında telefon danışığı baş tutdu

Ceyhun Bayramov ilə Hakan Fidan arasında telefon danışığı baş tutdu
Eye

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı aparılıb.

Bu barədə Bakupost.az-a XİN-dən məlumat verilib.

Telefon danışığı zamanı regionda mövcud təhlükəsizlik vəziyyəti və artan gərginlik müzakirə edilib.

Nazir Ceyhun Bayramov bu gün Türkiyə Respublikasının ərazisinə növbəti raket hücumunu qınayıb, qardaş Türkiyəyə dəstəyini ifadə edib. Hərbi eskalasiyanın daha da genişlənməsinin arzuolunmaz nəticələrə gətirib çıxara biləcəyi vurğulanıb.

Telefon danışığı zamanı qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar