Ru
20:35 / 13 Mart 2026

Azərbaycanda ər arvadını zəncirlədi - SƏBƏB

Azərbaycanda ər arvadını zəncirlədi - SƏBƏB
Eye

Abşeron rayonuda həyat yoldaşını çarpayıya zəncirləyən 1980-ci il təvəllüdlü Bədrəddin Məmmədovun (ad-soyad şərtidir) məhkəmə prosesi başa çatıb.

Bakupost.az Teleqraf-a istinadla xəbər verir ki, Bədrəddin məhkəmədə ifadəsində qısqanc olduğu üçün belə bir əmələ yol verdiyini bildirib.

Təqsirləndirilən şəxs ifadəsində qeyd edib ki, evə quraşdırdığı kameralara mobil telefon vasitəsilə baxarkən xanımın telefonda qrup şəklində görüntülü danışdığını görüb. O, bu zaman mağazadan dəmir zəncir və iki ədəd qıfıl alaraq evə gəlib və arvadını cəzalandırmaq qərarına gəlib.

Qadın proqram vasitəsilə tanımadığı insanlarla qrup şəklində söhbət etdiyini bildirib, Bədrəddin isə fikrindən daşınmayıb və arvadını çarpayıya zəncirləyib. 5 saat həyat yoldaşını qanunsuz olaraq azadlıqdan məhrum edən Bədrəddin yalnız iki dəfə xanımının ayaqyoluna getməsinə icazə verib.

Ailə yaxınlarının DİN-in 102 zəng xidmətinə məlumat verməsindən sonra hadisə yerinə polis əməkdaşları gəlib və yalnız bundan sonra qadın zəncirlərdən qurtula bilib. Təqsirləndirilən şəxs barəsində isə cinayət işi açılıb.

Qadın məhkəmədə ifadəsində bildirib ki, həyat yoldaşı qısqanc olduğu üçün heç kimlə danışmamasını, evdən çölə çıxmasını istəməyib. O, ərindən şikayətçi olmadığını, onunla barışdığını bildirib.

Məhkəmənin qərarına əsasən, təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə onun barəsində amnistiya elan edilib və CM-nin 145.1-ci maddəsi ilə olan cinayət təqibinə və cinayət işinin icraatına xitam verilib.

Şərhlər
  • İnam Ehtibarlı

    İllərini bildirməyəcəm! Bir yaş böyük qonşu dostumla 3cü və 4cü sinif şağirdləri kimi yay tətili boyu kitabxanadan iki həftəliyə bir ya iki nağıl kitabı alır, bəzən daha tez oxuyurduq. Ən dərin tarixi (məktəb proqramında da olan?) *Min bir gecə* ərəb nağılı bütün dünyada etalon kimi qəbul edilirmiş? Biz oxuyur, məğzinə çalışırdıq! İnsan qəti inamsız heç bir işə mükəmməl qabil olmur? Tərəflər də qarşılıqlı(sədaqətli) dostlarmışsa, digərlərindən daim üstün, ya bərabər olacaqlar! İmanın ona inam vermirsə, sandığa qoyub qıfıllasan da, inamsızlıq əzabına qarşı yol tapıb, çıxar?

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar