Ru
21:34 / 13 Mart 2026

İran BƏƏ-də ABŞ bazasına zərbə endirdi

İran BƏƏ-də ABŞ bazasına zərbə endirdi
Eye

İran BƏƏ-də ABŞ-a məxsus Əl-Dəfra hərbi bazasına raket zərbəsi endirib.

Bakupost.az xəbər verir ki, bu barədə İRİB məlumat yayıb.

Hücumun nəticələri barədə informasiya verilməyib.

Qeyd edilir ki, BƏƏ Müdafiə Nazirliyi hava hücumundan müdafiə qüvvələrinin bu gün İran tərəfindən atılan yeddi ballistik raketi və 27 dronu vurduğunu, Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi isə ABŞ bazalarına atılan 45 PUA-nı məhv etdiyini bildirib.

SEPAH-ın BƏƏ və Səudiyyə Ərəbistanındakı ABŞ hərbi bazalarına qarşı zərbələrinin intensivliyi dəyişməz olaraq qalır.

Xatırladaq ki, ABŞ və İsrail 28 fevralda İrana qarşı hərbi əməliyyata başlayıb. Buna cavab olaraq İran İsrailə və bölgədəki ABŞ hərbi bazalarına zərbələr endirir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar