19:20
Bakı şəhərinin Binəqədi rayonu ərazisində təkər və məişət tullantıları yığılmış ərazidə yanğın başlayıb.
Bakupost.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə məlumat daxil olub.
Hadisə ilə əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunublar. Hazırda yanğının söndürülməsi və alovun ətraf ərazilərə yayılmaması istiqamətində operativ tədbirlər davam etdirilir.