Ru
18:54 / 13 Mart 2026

Elektron siqaret satan və istehsal edənlərin diqqətinə: 5000 manatadək...

Elektron siqaret satan və istehsal edənlərin diqqətinə: 5000 manatadək...
Eye

Azərbaycanda elektron siqaretlərin istifadəsi, idxalı, ixracı, istehsalı, topdan və pərakəndə satışı və satış məqsədilə saxlanılmasına görə cərimələr müəyyənləşib.

Bakupost.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin İnzibati Xətalar Məcəlləsinə dəyişikliiyi təsdiqləməsi ilə mümkün olub.

Dəyişikliyə əsasən, elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, topdan və pərakəndə satışı və satış məqsədilə saxlanılmasına görə inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər 350 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər 1 650 manatdan 2 200 manatadək məbləğdə, hüquqi şəxslər 4 000 manatdan 5 000 manatadək məbləğdə cərimə ediləcəklər.

Qanun 2026-cı il aprelin 1-dən qüvvəyə minəcək.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar