İranın İsfahan şəhəri hava hücumuna məruz qalıb.
Bakupost.az xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.
ABŞ və İsrailin hücumları nəticəsində iki nəfərin öldüyü bildirilib, yaralı sayı dəqiqləşdirilməyib.
Qeyd olunub ki, "Beynəlxalq Qüds Günü" münasibətilə təşkil olunan yürüşdən sonra ticarət obyekti atəşə tutulub.