Yaxın Şərqdə, eləcə də cənub sərhədlərimizdə hərbi gərginliyin artması Bakıda müharibə zamanı istifadə edilə biləcək sığınacaqların vəziyyətini yenidən gündəmə gətirib.
Bakıda müharibə və bombardman təhlükəsi yaranarsa, paytaxtın yeraltı sığınacaqları əhalini tam təmin edə biləcək vəziyyətdədirmi?
Paytaxtdakı bunkerlərin böyük hissəsi SSRİ dövründən qalma sığınacaqlardır. Bununla yanaşı, şəhərin bir çox yaşayış massivlərinin altında da sığınacaq tipli yeraltı tikililər var. Metro stansiyaları sığınacaq üçün əlverişli olsa da, bütün sakinləri qorumağa kifayət etmədiyi düşünülür.