Ru
22:04 / 13 Mart 2026

Doğuş zamanı ölən 19 yaşlı Röyanın GÖRÜNTÜLƏRİ

Doğuş zamanı ölən 19 yaşlı Röyanın GÖRÜNTÜLƏRİ
Eye

Tərtərdə 19 yaşlı qadın dünyasını dəyişib. Hacıqərvənd kənd sakini Röya Allahverdiyeva Rayon Mərkəzi Xəstəxanasında doğuş zamanı həyatını itirib.

Bakupost.Az Baku TV-yə istinadən xəbər verir ki, mərhumun yaxınları hadisənin həkim səhlənkarlığından baş verdiyini iddia edirlər.


"Saat 4-də doğuş baş verib. Düz beş saat bizi aldadaraq "indi çıxarırıq" dedilər. Ziyafət həkim bizim evimizi yıxdı, balamı öldürdü", - mərhumun atası Zahid Həsənov bildirib.

Mərhumun həyat yoldaşı Teymur Allahverdiyev isə əlavə edib ki, doğuş saat 4-də baş tutsa da, 11-ə qədər həkimlər uşaq və ananın vəziyyətinin yaxşı olduğunu bildirərək onları aldadıblar:

"Biz həmin müddət ərzində başqa həkim çağıra bilərdik. Tibb bacısı gəlib mənə dedi ki, kabab və şokolad al, qanaxma gedir, həyat yoldaşın bunları yeməlidir. Cərrah gəlib baxandan sonra bildirdi ki, qız ölüb, məni buraya niyə çağırmısınız? Yoldaşım mütəmadi olaraq doqquz ay ay boyunca yoxlanışlardan keçib, heç bir problemi olmayıb".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar