Ru
09:56 / 16 İyun 2022

Hazırda Avropa ilə Rusiya arasında müharibə gedir - Politoloq

1509
“Ukraynanın daha çox silahlandırılması müharibənin episentrinin genişlənməsinə və nəticədə yaranan qlobal iqtisadi kataklizmlərin hələ uzun müddət davam edəcəyinə işarə edir”.


Bunu Bakupost.az -a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq Tural İsmayılov deyib.


Politoloq Ukraynaya verilən ultramüasir silahların müharibənin gedişatını dəyişəcəyi ilə bağlı fikirlərə münasibət bildirib:





“Ukrayna-Rusiya müharibəsində vəziyyətin köklü dəyişəcəyini, ümumiyyətlə, proqnozlaşdırmaq olmur. Yəqin ki, bu ilin sonuna qədər Ukrayna-Rusiya müharibəsində pozitiv mənada hansısa bir dəyişiklik müşahidə etməyəcəyik. Hazırda NATO Rusiya-Ukrayna müharibəsində faktiki olaraq iştirak etmədiyini söyləsə də, mənzərə fərqlidir. ABŞ-də Lend Liz qanununun qəbul edilməsi, Avropanın və ABŞ-nin Ukraynaya çoxlu sayda silah-sursat verməsi, maliyyə yardımının ayrılması Avropa ilə Rusiya arasında müharibənin getdiyini deməyə əsas verir. Əlbəttə ki, Ukraynanın silahlandırılması Rusiyaya qarşı müqavimətdə Ukraynanın mübarizə qabiliyyətini daha da gücləndirir. Eyni zamanda, Ukraynanın müdafiə imkanları daha da genişləndirilir. Hesab edirəm ki, Ukraynaya ultramüasir silahların, raket komplekslərinin verilməsi Rusiyanın daha da aqressivləşməsinə səbəb olacaq. Ola bilər ki, Rusiya Ukraynanın başqa ərazilərinə də hücumlar həyata keçirsin”.


Fəridə
Baku Post
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər