Ru
12:31 / 04 May 2022

Həbsdə olan hüquq müdafiəçisi aclığa başladı

3006
Hazırda Penitensiar Xidmətin 16 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan jurnalist və hüquq müdafiəçisi Elçin Məmməd aclıq aksiyasına başlayıb. Artıq 2 ildir həbsdə olan hüquq müdafiəçisi özünə qarşı ədalətsizliyə son qoyulmasını və dərhal azadlığa buraxılmasını tələb edir.


Bakupost.az xəbər verir ki, bu barədə hüquq müdafiəçisinin anası Rahilə Məmmədli Turana bildirib.


Rahilə Məmmədli bildirib ki, oğlu sifarişlə həbs edilib.

“Mən özüm də xəstəyəm. Elçin onun həbsində maraqlı məmurların girovuna çevrilib və törətmədiyi cinayətə görə sanki əsirlikdə saxlanılır. Sabah özüm onunla görüşməyə çalışacam. Ondan xahiş edəcəm aclığı dayndırsın. Elçin hepatit C xəstəsidir, bronxlarında problemlər var, nəfəs almaqda çətinlik çəkir, böyrəkləri normal funksiyasını yerinə yetirmir və prostatitdən əziyyət çəkir. O belə vəziyyətdə aclığa necə dözəcək?” hüquq müdafiəçisinin anası qeyd edib.


Penitensiar Xidmətdən hüquq müdafiəçisinin aclığa başlaması ilə bağlı məlumat almaq hələ mümkün olmayıb.


“Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” İctimai Birliyinin rəhbəri, “Yüksəliş naminə” saytının redaktoru Elçin Məmməd 2020-ci ilin martında həbs edilib və 17 oktyabr 2020-ci ildə Sumqayıt Şəhər Məhkəməsinin oğurluq və qanunsuz silah-sursat saxlamaq ittihamı əsasında çıxardığı hökmlə 4 il müddətinə azadlıqdan məhrum edilib. Yerli məhkəmələr onun hökmdən şikayətlərini rədd edib və o, Avropa İnsan Hüquqları Məhkəməsinə cinayət təqibinin qanunsuz olmasının tanınması üçün şikayət verib.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər