“Təhsilin keyfiyyəti coğrafiyadan asılıdır. Bütün təhsil müəssisələri mütləq şəkildə məzmunca və maddi-texniki təminatca eyni olmalıdır. Belə olan halda Bakıda heç kəs evinin yanındakı məktəbi qoyub, uşağını uzaq məktəblərə aparmaz. Nə özünü nə də uşağını əziyyətə salmaz”.
Bakupost.az xəbər verir ki, bu fikirləri Əməkdar elm xadimi, professor Şahlar Əsgərov deyib.
Professor bildirib ki, sülh dövrünün əmək qəhrəmanları müəllimlər olmalıdır. Qəhrəman olmaq üçün isə müəllim tədris etdiyi fənni şagirdlərin hamısına mükəmməl, əla və ya yaxşı qiymətlə öyrədə bilməlidir. Fərd ilə bərabər, kütləni mükəmməl öyrədən müəllim vətənin əsl əmək qəhrəmanıdır, hörmət və ehtiramada layiqdir:
“Əgər biz inkişaf etməkdə olan ölkələr sırasından inkişaf etmiş ölkələr sırasına keçmək istəyiriksə, onda təhsilə baxışımızı köklü şəkildə dəyişməliyik".
Sevinc
BakuPost