Ru
09:00 / 19 Sentyabr 2026

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? -AÇIQLANDI

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? -AÇIQLANDI
Eye

Prezident İlham Əliyevin Şamaxıya səfəri və burada bir sıra açılışlarda iştirakı şəhərin yenidən paytaxt statusu alması məsələsini aktuallaşdırıb. Şamaxı orta əsrlərdə uzun müddət Şirvanşahlar dövlətinin paytaxtı olub. 1191-ci ildə baş verən güclü zəlzələdən sonra isə Şirvanşah I Axsitan paytaxtı müvəqqəti olaraq Bakıya köçürüb. Sonrakı dövrlərdə də Şamaxı mühüm inzibati və mədəni mərkəz kimi öz əhəmiyyətini qoruyub.

Şamaxı yenidən paytaxt ola bilər? Yaxud, bir neçə böyük qurumları bu şəhərə köçürmək mümkündür?

"Bakupost" xəbər verir ki, Globalinfo.az-a danışan deputat Azər Allahverənov bu məsələ ilə bağlı müxtəlif ixtisaslaşmış dövlət orqanları konkret şəkildə rəy bildirməsələr də, ayrı-ayrı qurumların və təhsil müəssisələrinin regionlara köçürülməsi kimi məsələlər daim müzakirə olunur deyib.

“Bu baxımdan bir neçə şəhərin adı vaxtaşırı gündəmə gətirilir. Onların arasında Şamaxının da müəyyən üstünlükləri var. Məsələn, Şamaxının Bakıya yaxınlığı, paytaxt funksiyalarının həyata keçirilməsi üçün müəyyən imkanlarının olması, həmçinin relyefi və digər amillər nəzərə alına bilər. Bununla yanaşı, Yevlax, Xankəndi və Gəncə kimi şəhərlərin adları da bu istiqamətdə aparılan müzakirələr zamanı qeyd olunur. Hər bir şəhərin özünəməxsus və güclü tərəfləri var. Bu məsələyə siyasi aspektdən yanaşdıqda nəzərə almaq lazımdır ki, paytaxt istənilən dövlətin siyasi mərkəzi və əsas idarəetmə məkanıdır. Tarixi baxımdan bəli, Şamaxı Şirvanşahların paytaxtı olub, amma Azərbaycan ərazisində fəaliyyət göstərən müxtəlif dövlətlərin paytaxtları sırasında Bərdə və Qəbələ də olub. Bu baxımdan, tarixi və paytaxt prinsipi ilə yanaşdıqda, Azərbaycan ərazisindəki müxtəlif şəhərlərin bu məsələ üzrə müzakirəyə çıxarılması üçün müəyyən əsaslar var”, - deyə o bildirib.

Deputat bildirib ki, məsələnin siyasi aspektləri ilə yanaşı, iqtisadi, infrastruktur və digər tərəfləri də mövcuddur:

“Paytaxtın köçürülməsi, yeni paytaxtın salınması olduqca ağır və mürəkkəb prosesdir. Məsələn, Qazaxıstanın paytaxtı Astananın yaradılması zamanı ilkin mərhələdə bu məqsədlə təqribən 8 milyard ABŞ dolları həcmində vəsaitin xərclənəcəyi nəzərdə tutulurdusa, paytaxt tam istifadəyə verilən zaman bu məbləğ 16 milyard dolları keçdi. Sonrakı illərdə də şəhərin inkişafına daha çox vəsait yatırıldığını görürük. Müasir dövrün tələblərinə uyğun yeni paytaxtın qurulması üçün vaxt, maddi resurslar, iqtisadi imkanlar və digər sahələrin bu prosesə uyğunlaşdırılması tələb olunur. Bu isə kifayət qədər ağır və mürəkkəb prosesdir. Ona görə də məsələyə dair hər hansı yekun fikir söyləməzdən əvvəl çoxsaylı amillər və prosesin müxtəlif aspektləri nəzərdən keçirilməlidir. Bu, kifayət qədər dərin araşdırma tələb edən məsələdir”.

Şərhlər
  • Qami

    Yevlax da ola bilər,ölkənin mərkəzində,mühüm magistral qovsaqlar birləşir Yevlaxda,Kür də keçir ordan,yevlaxlı deyiləm yeri gəlmişkən

  • Vüqar Məmmədov

    Bakı elə ən münasibidi sadəcə bir balaca zəhmət çəkib şəhəri seyrəltmək lazımdır vəssalam,ticarət mərkəzlərini(bazarları),institutları şəhərdən kənar ərazilərə köçürmək və orta məktəblərin idarə olunmasını təkmilləşdirmək lazımdır,yollar genişlənməli və yeni yaşayış massivləri mərkəzdən kənarda inşa olunmalı və insanların süür,qavrama bacarıqları inkişaf etdirilməlidir!

  • B.Qarabağlı

    Rəsmən 28 May 1918 ci il tarixdə bəyan edilmiş, bütün ətraf Siyasi-Hüquqi dünya aləmi tərəfindən tam razılıqla tanınıb (özünə məxsus kartası-xəritəsi üzrə də) Beynəlxalq Konvensiyanın (1921ci ildə) qeydə aldığı Azərbaycan Xalq Cümuhürriyətinin(ADR) hesabi-iqtisadi həndəsi və coğrafi cəhətdən sərfəli-məsləhətli mərkəzi-paytaxtı daha səfalı da Qarabağa (Xankəndinə və ya d.) düşür!

This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar