Ru
15:54 / 07 Fevral 2023

Türkiyədə zəlzələdə ölənlərin sayı 3 549-a çatdı - Yenilənib-4

12513

Türkiyədə fevralın 6-da baş verən zəlzələ nəticəsində ölənlərin sayı 3 549-a çatıb.


Bakupost.az xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.


Təbii fəlakət nəticəsində 22 168 nəfər yaralanıb.



***

13:53


Türkiyədə fevralın 6-da baş verən zəlzələ nəticəsində ölənlərin sayı 3 432-yə çatıb.


Bakupost.az xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.


Təbii fəlakət nəticəsində 21 103 nəfər yaralanıb.


***

12:42

Türkiyədə zəlzələdə ölənlərin və yaralananların sayı sayı artıb.


Bakupost.az xəbər verir ki, Türkiyənin vitse-prezidenti Fuat Oktay bildirib ki, son məlumata görə, 3419 nəfər həyatını itirib, 20 534 nəfər xəsarət alıb.


***

10:42


Türkiyədə zəlzələdə ölən və yaralananların sayı artıb.


Bakupost.az xəbər verir ki, AFAD-ın nümayəndəsi bildirib ki, 3 381 nəfər həyatını itirib.


***

08:31


Türkiyədə ötən gün baş vermiş zəlzələ nəticəsində həlak olanların sayı 2 921 nəfərə çatıb.



Bakupost.az xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) direktoru Yunus Sezer məlumat verib.

Məlumata görə, təbii fəlakət zamanı yaralananların sayı 15 min nəfəri ötüb.

Qeyd edək ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər