Son dövrlər xaricdə təhsil almaq istəyən tələbələrin sayı günü–gündən artmaqdadır.
Bu gün Azərbaycanda keçirilən qəbul imtahanlarında keçid balı toplaya bilməyən abituriyentlər xarici ölkələrdə, daha çox Türkiyədə təhsil almağa üz tuturlar. Bəzən bu şəxslər sadəcə attestatla tələbə adını qazanırlar. Təbii burada attestatdakı qiymətlər deyil, valideynlərinin pulu əsas rol oynayır. Valideyn əlindən gələni edir ki, övladı universitetə daxil olsun. Beləcə abituryent tələbə adını qazanır, məzun olur, işləmək üçün ölkəmizə qayıdır. Amma təhsil aldığı sahə üzrə ona iş verən olmur. Çünki diplomu ölkəmizdə tanınmır.