Ru
14:08 / 26 Yanvar 2022

Həmin videodakı məktəblilər saxlanıldı - VİDEO

9677
Ötən gün şagirdlərin sinif otağında müəllimə qarşı qeyri-etik hərəkəti ilə bağlı yayılmış görüntülərin hansı məktəbdə baş verdiyi məlum olub.

Bakupost.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, hadisə Bakının 165 saylı orta məktəbində, coğrafiya fənnindən dərs keçən 43 ilin müəllimi Nərgiz İsmayılovanın dərsində baş verib.

Məlumata görə, videoda sözü gedən şagirdlər dünən gecə polislər tərəfindən saxlanılıb və izahatları alınıb.

Məktəbin direktoru Vüqar Məmmədov isə hazırda Bakı Şəhər Təhsil İdarəsinə çağrılıb.

Qeyd edək ki, sözügedən videoda şagirdlərdən biri ayaqlarını partanın üzərinə qoyur, digəri isə müəllimin arxasında dayanaraq portretlərlə lağlağı edir. Eyni zamanda, sinif otağındakı stulların üzərində kriminal avtoritetlərdən birinin adı yazılıb və oğru dünyasına aid simvollar çəkilib. Bu görüntülər ciddi müzakirələrə yol açıb və müəllimə qarşı hörmətsizlik kimi qiymətləndirilib.

Bundan əlavə partaların üzərində Rövşən, Nihad, Quli, Elmir adları da açıq görünür.

Dünən məsələ ilə bağlı Təhsil Nazirliyi görüntülərin Azərbaycan məktəblərində olmasının təsdiqini tapmadığını bildirərək, Təhsil Nazirliyi tərəfindən araşdırma aparılırdığını açıqlamışdı.


Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər