Ru
11:48 / 18 Mart 2024

Hikmət baba pensiyasını bu dəfə futbol klubuna bağışladı - VİDEO

Hikmət baba pensiyasını bu dəfə futbol klubuna bağışladı -  VİDEO
Eye

Vətən müharibəsi vaxtı pensiyasından orduya 180 manat ianə etməsi ilə məşhurlaşan Şəkinin Baş Küngüt kənd sakini Hikmət Musayev yenidən gündəmə gəlib.

Bakupost.az xəbər verir ki, pensiyaçı bu dəfə Şəkinin “Şəki City” klubunun başlatdığı yardım kampaniyasına qoşulub. O, pensiyasından 200 manat vəsaiti kluba bağışlayıb.

Bildirilib ki, kampaniyada toplanan vəsait komandanın maddi-texniki bazasının yaxşılaşdırılmasına sərf ediləcək.

Qeyd edək ki, Hikmət baba kimi tanınan Hikmət Musayev Vətən müharibəsi zamanı atdığı addımla böyük rəğbət qazanmışdı. Daha sonra dövlət qurumlarının əməkdaşları onun evində olmuş, eləcə də Şuşaya səfəri təşkil edilmişdi.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar