Ru
12:06 / 21 Noyabr 2022

Hikmət Hacıyev Xomeyninin müşavirinə cavab verdi

Hikmət Hacıyev Xomeyninin müşavirinə cavab verdi
Eye

“İran İslam Respublikasının ali rəhbəri Xameneyinin müşaviri Əli Əkbər Vilayətinin İran mediasına verdiyi açıqlaması ilə tanış olmuşuq”.

Bakupost.az xəbər verir ki, bunu Azərbaycan Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri köməkçisi Hikmət Hacıyev bildirib.

H.Hacıyev Azərbaycan Respublikasının İranla gərginliyinin yaranmasında təşəbbüskarı olmadığını qeyd edib

“Əli Əkbər Vilayətinin xalqlarımızın ortaq tarixi, dini, mədəni irsə və adət-ənənlərə malik olması və bütövlükdə Azərbaycan-İran əlaqələri barəsində səsləndirdiyi qeydlərini müsbət qiymətləndirir və təqdir edirik. Təəssüflə qeyd etmək istərdik ki, son dövrlərdə İran İslam Respublikasının bəzi rəsmi şəxslərinin, parlament üzvlərinin və güc strukturlarının nümayəndələrinin bir sıra açıqlamaları iki ölkə arasında gərginliyin artmasına səbəb olub. Xüsusilə onu bildirmək istərdim ki, Azərbaycan sərhədləri yaxınlığında İran silahlı qüvvələrinin iki hərbi təlim keçirməsi ölkələrimiz arasında etimadın güclənməsinə xidmət etməyib, əksinə bu etimada mənfi təsir göstərib. Azərbaycan Respublikası bütün dövrlərdə qarşılıqlı hörmət və etimad əsasında İran İslam Respublikası ilə əlaqələrin inkişafında maraqlı olub və bu gün də bu belədir”.

Qeyd edək ki, İranın dini rəhbərinn beynəlxalq məsələlər üzrə müşaviri Əliəkbər Vilayəti ötən gün Azərbaycanla bağlı bəyanat verib. O, deyib:

“Qürurla bildirirəm ki, mən də digər iranlılar kimi özümü azərbaycanlı hesab edirəm, mən də Əlborz (Elbrus) dağının ətəklərindənəm. Amma İranın hər yeri mənim evimdir. Son vaxtlar İranın Azərbaycanla münaqişə yaratmaq istəməsi ilə bağlı şayiələr yayılıb. İranın istər Qafqazda, istərsə də başqa bölgədə heç bir qonşu ölkəyə hücum etmək planı yoxdur. Xüsusilə də, irqi, dili, dini, adət-ənənələri və tarixi eyni olan Azərbaycan xalqı gözümüzün işığıdır”.

“Bu gün yüksək səslə elan edilməlidir ki, İrandan kənarda olmasına və başqa pasport daşımasına baxmayaraq, hər bir azəri (azərbaycanlı) iranlıdır, hər iranlı da azərbaycanlıdır”, - deyə Əliəkbər Vilayəti iddia edib.

Aynur,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar