Hindistanda dəhşətli təyyarə qəzası: 290 nəfər həlak oldu - YENİLƏNİB
2055
Hindistanda sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 290 nəfər həlak olub.
Bakupost.az xəbər verir ki, bu barədə “Reuters“ yerli polis məmuruna istinadən məlumat yayıb.
Ölənlərdən 241-i təyyarənin göyərtəsində, 50 nəfər isə hava gəmisinin çırpıldığı yataqxanada olanlardır.
Bir sərnişin qəzadan sağ çıxıb.
***
15:52
Hindistanın Qucarat ştatının Əhmədabad Hava Limanı yaxınlığında sərnişin təyyarəsi qəzaya düşməsi nəticəsində “Air India” aviaşirkətinə məxsus “Boeing 787-8 Dreamliner” təyyarəsinin göyərtəsində olan 242 nəfərin hamısı həlak olub.
Bakupost.az xəbər verir ki, bu barədə “Ntws 18” telekanalı məlumat yayıb.
***
Hindistanın Qucarat ştatının Əhmədabad Hava Limanı yaxınlığında sərnişin təyyarəsi qəzaya düşüb.
Bakupost.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bildirilib ki, “Air İndia” şirkətinə məxsus olan “Boeing 787” tipli təyyarə Londona uçurmuş. Göyərtəsində 242 nəfər olub.
İlkin məlumata görə, təyyarədə olan 242 nəfərdən 10 nəfəri ekipaj üzvü, qalanları isə sərnişinlər olub.
Bildirilir ki, təyyarə havaya qalxdıqdan bir neçə dəqiqə sonra yaxınlıqdakı yaşayış massivinə düşüb.
Ölən və yaralananlar barədə hələlik məlumat yoxdur.
Təyyarənin düşmə anının görüntülərini təqdim edirik: