Ru
15:00 / 18 Noyabr 2025

İçimizdəki gizli güclər hər sahədə bizə mane olurlar - Dilimizə kim qənim kəsilib? - VİDEO

İçimizdəki gizli güclər hər sahədə bizə mane olurlar - Dilimizə kim qənim kəsilib? - VİDEO
Eye

Xalq şairi Sabir Rüstəmxanlı Bakupost TV-də müəllifi olduğu "Rüstəmxanlı söhbətləri" verilişinin növbəti buraxılışını Azərbaycan dilinə həsr edib. O qeyd edib ki, xalq da, vətən də, milli kimlik də ana dilindən başlayır: "Ana dili varsa, millət var, ana dili yoxdursa, xalq da yoxdur. Bu barədə dəfələrlə danışmışıq, yazmışıq. Mən bu günlərdə Dil Qurumunun başçısı kimi bir məsələyə münasibət bildirmişdim, sonra birisi mənə yazdı ki, Sabir müəllim, neçə illərdir Dil Qurumunun başçısı kimi, millət vəkili kimi ana dili ilə bağlı nə işlər görmüsünüz? Yaxşı sualdır. Xoşuma gəldi bu sual. Çünki doğrudan da onlarla məqalə yazmışam, Milli Məclisdə 30 il bu məsələ ilə bağlı çıxışlar etmişəm. Amma xalq görəndə ki ortada bir şey yoxdur, nəticə azdır, onda, əlbəttə, bu sualları verir. Dil ilə bağlı iş əslində mövsümi, qərardan-qərara görülən iş deyil".

Bu günlərdə Prezident İlham Əliyevin Milli Elmlər Akademiyasının 80 illiyində dillə bağlı çıxışına toxunun S.Rüstəmxanlı qeyd edib ki, bu, ölkənin vəziyyəti ilə bağlı gözəl, ümumiləşdirici çıxış idi:

"Prezident ən çox elminhəyatımızdakı rolu barədə danışdı. O cümlədən də ana dilinə, ədəbi dilə münasibət barədə fikirlərini bölüşdü. Bunlar əslində elmi səviyyədə olan fikirlər idi. Ondan sonra təbii ki, mətbuatda dil barədə yazıların sayı artıb. Amma yenə deyirəm, bu, Prezidentin verdiyi sərəncamlarla, ya onun çıxışı ilə gündəmə gəlməli bir məsələ deyil. Dil hava, sukimi gündəlik həyat tərzimizin bir parçası olmalıdır. Yaşayırsansa, öz dilində danışırsansa, öz dilini qorumalı, onun inkişafı haqqında düşünməli, qayğılarını aradan qaldırmalısan. Dünyanın ən böyük dilləri də bu məsələyə həmişə həssaslıqla yanaşırlar. Ən böyük xalqların belə dil qayğısı var. Rus dilinin qayğısı var, yazırlar gecə-gündüz. Alman, fransız dillərində bu məsələ var. Hər kəs öz dilinin gələcəyini düşünür. Dünyada dillərin sayı çoxdur, amma işgüzar, hər gün dünya əhalisinin danışdığı dillərin sayı o qədər də çox deyil. Türk dili də bu böyük dillərdən biridir. Ona görə bu dilin gələcəyi təkcə bizim yox, ümumiyyətlə bu dildə danışan bütün xalqların qayğısıdır.

...Bir var ədəbi dil, bir də var bədii dil. Bizim bədii dildə problem yoxdur. Amma rəsmi ədəbi dil var ki, onun içində çox sahələr mövcuddur. Burada rəsmi dil, protokol dili, qanunların, dərsliklərin, reklamların dili var. Hər biri ayrıca müzakirə istəyir. Mən bu gün onlardan biri haqqında danışacağam. Görünür, sonrakı söhbətlərimizdə bu məsələyə ayrı-ayrılıqda qayıtmaq lazım gələcək. Bu gün toxunmaq istədiyim mövzu ad və soyad məsələsidir. Çünki hər şey elə addan başlayır. Dil də eləcə. Bu qədər yol gəlmiş bir dilin bugünkü taleyi necədir? Bu taleyin bir qanadı da ad və soyad məsələsidir. Bizim dilimizin adı kimi şəxsi adlarımız da irticaya məruz qalıb".

Ətraflı videoda...



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar