Ru
23:00 / 14 İyun 2022

İçki içən adamın orqanizmində xərçənglə mübarizə resursu tükənir - Onkoloq

1502
Rusiyanın məşhur onkoloqu İvan Stilidi Rusiyada minlərlə insanın həyatını xilas edən elmi araşdırmanın müəllifidir. O, 30 ildir kişilərdə onkoloji xəstəliklərdən ölüm statistikasını 2 dəfə azaltmağa nail olan eımi iş üzərində çalışıb.


İyunun 12-də onkologiya sahəsində elmi yeniliklərinə görə şəxsən Putin tərəfindən mükafatlandırılan alim siqaret, içki ilə xərçəng arasında əlaqə barədə yeni faktlar açıqlayıb.


Bakupost.az xəbər verir ki, İvan Stilidi alkoqolizmin kişi ölümlərinin birinci səbəbi olduğunu qeyd edib.


“Alkoqol elə bir bəladır ki, onu qadağan etdikcə, daha da artır. Buna misal olaraq, SSRİ-ni göstərə bilərik. Antialkoqol kompaniyaları Sovetlərdə əyyaşların sayını daha da artırdı, kişilər gənc yaşda içkinin qurbanı olurdu.

Son elmi araşdırmamız sübut etdi ki, alkoqolun təhlükəli dozasından istifadə statistik olaraq, müxtəlif şişlərdən, xərçəngdən ölüm riskini 2 dəfə artırır. İşki içənlər qaraciyər şişləri, ürək xəstəliyi, insult, vərəm, mədəaltı vəz xəstəlikləri, qətl, qəzalardan daha çox ölür.
Biz 260 min insanın tibbi məlumatlarını incələdik. Məlum oldu ki, 15-55 yaş arası 59% kişilərdə ölüm səbəbi kimi qəfildən ürək dayanması və beyin qansızmasının əsasında alkoqol dayanıb.


Onların qanında alkoqolun miqdarı 4promili keçmişdi. Biz bunu alkoqolun təhlükəli həddə qəbulu hesab edirik.


İçki içənlərin qida borusu, mədəsi, mədəaltı vəzisi, qaraciyəri içkinin, spirtin təsirindən daima travma aldığından, selikli qişalar zədələnir. Xroniki iltihabi proses heç vaxt sağalmır, bu da bədxassəli şişlərin yaranmasına zəmin yaradır.


İçki içənlərin orqanizmində xərçəngə qarşı təbii immunitet rezervi də tükənmiş olur. Xəstəlik yarandıqda, artıq mübarizə aparmağa qüvvə qalmır. Ona görə içki içənlərin xərçəng olma ehtimalı içməyənlərə nisbətən 4 dəfə çoxdur, onların müalicəsi də çox halda effekt vermir”.


Aygün Musayeva
BakuPost
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər