Ru
17:36 / 02 İyun 2025

II Qaregin bütün ermənilərin katolikosu ola bilməz! - Paşinyan səbəbini AÇIQLADI

II Qaregin bütün ermənilərin katolikosu ola bilməz! -  Paşinyan səbəbini AÇIQLADI
Eye

“Əgər məlum olarsa ki, II Qaregin həqiqətən də subaylıq andını pozub, övladı var, deməli o, bütün ermənilərin katolikosu ola bilməz!.

Bakupost.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Facebook səhifəsində yazıb.

O, xüsusilə qeyd edib:

"Bunu hər kəsin şəxsi və ailə həyatının toxunulmazlığı hüququna tam hörmətlə bildirirəm, lakin bütün ermənilərin Katolikosu belə şəxsi həyata malik ola bilməz. Mən bu sualı Erməni Apostol Kilsəsinin izləyicisi kimi qaldırıram, çünki mən bunu mənəvi təhlükəsizlik məsələsi kimi görürəm və Ermənistanın Baş naziri olaraq bu barədə danışıram, çünki dövlət təhlükəsizliyi məsələsi görürəm.

Ana taxt-tac müqəddəs Eçmiədzin bu vəziyyətlə bağlı mövqeyini ortaya qoymalıdır, ondan sonra suala daha da aydınlıq gətiriləcək”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar