Ru
17:27 / 14 İyun 2022

“III Dünya müharibəsi artıq elan edilib” - Roma Papası

3278
Roma Papası Fransisk bir neçə il öncə III Dünya müharibəsinin yaşayacağı barədə ağlına fikir gəldiyini etiraf edib.


Bakupost.az xəbər verir ki, o, artıq dünya müharibəsinin başladığını bildirib:


“Bir neçə il öncə beynimə belə bir fikir gəldi. Hətta demək istədim ki, biz III Dünya müharibəsini hissə-hissə yaşayacağıq. Bu gün hesab edirəm ki, artıq III Dünya müharibəsi elan olunub”, - deyə İsa Cəmiyyəti dərgisinə müsahibəsində Papa qeyd edib.


“Bu bizi düşünməyə vadar edir. Bəşərlə nə baş verir?! Biz 100 ilin içində 3 dünya müharibəsi gördük. Bu insanlıq üçün faciədir. Dünya təkcə Ukraynada deyil, bir çox ölkələrdə, nöqtələrdə müharibə vəziyyətindədir. Elə müharibə ocaqları var ki, heç kim onunla maraqlanmır”, - Fransisk deyib.


Aygün Musayeva
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər