Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisində ağır yol qəzası baş verib.
Bakupost.az DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayevə istinadən xəbər verir ki, ötən gecə Cəlilabad rayon sakini F.Əmirov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə Kazımabad kəndi ərazisində Göytəpə şəhər sakinləri G.Kərimov və qardaşı O. Kərimovu vurub.
Hər iki şəxs xəstəxanaya çatdırılsa da, G.Kərimov aldığı xəsarətlərdən bu gün səhər saatlarında dünyasını dəyişib.
Sürücü F.Əmirov isə saxlanılıb.
Faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.