Heron Foods-a çörək almağa gedən İngiltərənin Workington qəsəbəsinin sakinləri çörək bölməsində canlı ilanı gördükdə gözlərinə inanmadılar.
"Bakupost" xəbər verir ki, çörəyin arasında yuva quran heyvanın zərərsiz qarğıdalı ilanı olduğu ortaya çıxdı. Onlar adətən ev heyvanı kimi saxlanılır, lakin ilanın kimin evindən qaçdığı məlum deyil.
Sürünənləri xilasetmə təşkilatı "Pet Encounter"-in mütəxəssisləri ilanı tutaraq, onu mağazanın çörək bölməsinin şərəfinə "Kiçik Biri" adlandırdılar. Təəssüf ki, insanlar ekzotik ev heyvanları əldə etdikdə, bu cür canlıları saxlamağın nə qədər baha başa gəldiyini düşünmürlər. Nəticədə sürünənlər küçələrdə qalmaq riski ilə üzləşir.
Aygün Musayeva