Ru
17:30 / 04 Avqust 2022

İkipilləli doktoranturaya son qoyulmalıdır - Millət vəkili

3806
“Get-gedə gənclərin elmə marağı azalır. Bu cox ciddi məsələdir. Yaşlı nəsil dünyasını dəyişir, onların yerinə çox az sayda gənc alim gəlir. Gənclərdaha çox özəl sahədə fəaliyyət göstərməyə üstünlük verirlər. Elm sahəsindəki problemlər də gənclərin elmə marağını azaldır”.


Bu fikirləri Bakupos­t.az -a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, millət vəkili Ceyhun Məmmədov deyib.


O bildirib ki, maaşın az olması gənclərin elm sahəsinə maraq göstərməsinə mane olur:


“Gənclər fikirləşir ki, özəl sahədə çalışıb daha yüksək maaş ala bilər. Akademiya sistemində çalışsa, onun maaşı az olar. Ona görə də gənclər elmə yox, digər sahələrə meyil göstərir. Təəssüf ki, bu gün elm sahəsində çox ciddi bürokratiya var. Bu gün gənclərimiz müdafiə edərkən çox ciddi çətinliklərlə üzləşirlər. Bu da onların elm sahəsinə olan marağını azaldır”.


Millət vəkili hesab edir ki, Azərbaycanda doktorantura səviyyəsinin iki mərhələdən ibarət olmasına son qoyulmalıdır:


"Bütün dünyada doktorantura təhsili bir mərhələdən ibarətdir. Düzgün olanı da budur. Azərbaycanda isə gənclər elmi ad almaq üçün ikipilləli doktorantura səviyyəsi oxumğa məcbur olur:


Gənclər bir neçə il çalışıb, çətinliklə doktoranturanın birinci mərhələsini bitirirlər. İkinci mərhələni bitirmək üçün isə yenidən illərlə əziyyət çəkməli olurlar. Bu düzgün deyil. Proseduru nisbətən asanlaşdırmaq lazımdır. İnsanları narahat edən məsələlərdən biri də doktorantura səviyyəsində xarici dildən imtahanın keçirilməsidir. Bu imtahanın olması yaxşıdır. Ancaq bizim hansı sayda alimimiz ingilis dilini yüksək səviyyədə bilir ki, bu imtahandan keçə bilsin. Onların çox az qismi ingilis dilini lazımi səviyədə bilir. Bu da gənclərin bu sahəyə yönəlməsinə böyük maneəçilik törədir. Əgər gənclərin elmə marağını artırmaq üçün lazımi addımlar atmasaq, gələcəkdə çox ciddi problemlərlə qarşılaşacağıq. Bir müddətdən sonra ​ müxtəlif elm sahələri üzrə alimlər tapılmayacaq. Mütəxəssis azlığı ilə üzləşəcəyik”.

Sevinc
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər