Ru
11:28 / 13 Aprel 2022

İlham Əzizin yeni kitabı nəşr olundu - FOTO

İlham Əzizin yeni kitabı nəşr olundu -  FOTO
Eye

Yazıçı İlham Əzizin “Şimşəkdən sonra” adlı hekayələr kitabı nəşr olunub.


Bakupost.az bildirir ki, müəllifin 525.az-a verdiyi məlumata görə, kitabın təqdimatı aprelin 16-ı, saat 15:00-da “Libraff” kitab mağazasında (Elmlər Akademiyası metrosunun əsas çıxışı ilə üzbəüz) baş tutacaq.


Qeyd edək ki, İlham Əziz 2017-ci ildən ədəbi yaradıcılqıla məşğuldur. İlk hekayəsi dərc olunan andan ədəbi mühitin diqqətini cəlb edib. Qəzet və saytlarda yayımlanan ədəbi nümunələri barədə tanınmış ədəbiyyatçılar, tənqidçilər müsbət rəy veriblər.


“Şimşəkdən sonra” hekayələr toplusu müəllifin ilk kitabıdır. Kitabda İlham Əzizin yaradıcılığında fərqlənən 10 hekayə yer alıb. Kitabın redaktoru Sərdar Amin, korrektoru Nadir Yalçındır. Rəsmlər isə Aynur Aydına məxsusdur.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar