Ru
16:23 / 23 Aprel 2024

İlk sərhəd dirəyi quraşdırıldı - FOTO

5355
Xəbər verildiyi kimi, bu gün Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşünün yekunları üzrə əldə edilən razılaşmalara müvafiq olaraq, iki ölkənin ekspert qrupları yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlayıb.

Bakupost.az xəbər verir ki, Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin xidməti media üçün daha bir məlumat yayıb.

Bildirilib ki, 2024-cü il aprelin 23-də Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk sərhəd dirəyi quraşdırılıb. İki ölkənin ekspert qruplarının işi davam edir.
İlk sərhəd dirəyi quraşdırıldı -  FOTO
İlk sərhəd dirəyi quraşdırıldı -  FOTO
Şərhlər
  • məzahir

    Xeyirli uğurlu olsun!!!!!!!

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər