Ru
13:19 / 10 Mart 2023

İlon Mask öz şəhərini qurur - İşçilər yeni evlərə köçürüləcək

İlon Mask öz şəhərini qurur - İşçilər yeni evlərə köçürüləcək
Eye

“SpaceX” və Twitter-in rəhbəri İlon Mask ABŞ-ın Texas ştatında öz şəhərini qurmağı planlaşdırır.

Bakupost.az xəbər verir ki, sözügedən şəhər Bastrop qraflığında tikiləcək.

Maskın işçilərinin yeni evlərə bazardan aşağı kirayə haqqı ilə köçəcəyi iddia edilib.

Şəhərin təməlinin tikintisi davam edən “Boring” və “SpaceX” obyektlərinin yaxınlığında atılması düşünülüb.

Texas qanunlarına görə, bir bölgənin şəhər sayılması üçün həmin ərazidə ən azı 201 nəfər yaşamalıdır. Daha sonra isə bölgə hakiminə ərizə yazaraq razılıq alınmalıdır.

Bastrop qraflığından bir səlahiyyətlinin verdiyi açıqlamada qeyd edilib ki, Maskdan və ya onun sahibi olduğu hər hansı təşkilatdan hələki heç bir müraciət daxil olmayıb.

Aynur
BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar