İstanbul Böyükşəhər Bələdiyyəsinin vəzifədən uzaqlaşdırılan və həbs edilən sabiq sədri Ekrem İmamoğlu barəsindəki “saxta diplom” ittihamı ilə bağlı istintaq yekunlaşıb.
Bakupost.az xəbər verir ki, iddianaməyə görə prokurorluq İmamoğlunun ali təhsil sənədində saxtakarlıq etdiyini və bu sənəd əsasında vəzifəyə gəldiyini irəli sürərək, onun 8 il 9 aya qədər azadlıqdan məhrum edilməsini və siyasi fəaliyyətlərinə qadağa qoyulmasını istəyib. Sənəddə İmamoğlunun bu prosesi “bilərəkdən və məqsədli şəkildə” həyata keçirdiyi iddia olunur.
İş üzrə məhkəmə prosesi yaxın günlərdə başlayacaq. Müdafiə tərəfi ittihamların siyasi motivli olduğunu bildirərək, diplomun qanuni şəkildə alındığını və İmamoğlunun heç bir saxtakarlıq etmədiyini vurğulayıb.