Ru
08:32 / 29 Mart 2023

İngiltərədə yoluxma sayı artır - Ən çox rastlanan simptomlar

İngiltərədə yoluxma sayı artır - Ən çox rastlanan simptomlar
Eye

Son zamanlar İngiltərədə koronavirusa yoluxanların sayı çoxalıb.

Bakupost.az xəbər verir ki, ölkədə hər 20 nəfərdən 1-də COVID-19 aşkarlandığı açıqlanıb.

Son 7 gündə 26 min 185 nəfər koronavirusa yoluxub.

Pandemiya səbəbilə xəstəxanaya yerləşdirilən və ölənlərin sayının əvvəlki aya nisbətdə artdığı bildirilib.

İngiltərə mediasında koronavirusla bağlı məlumatları dərc edən “Zoe Health Research” adlı proqram ən çox görülən simptomları sıralayıb: Baş ağrısı, boğaz ağrısı, əzələ ağrısı, burun axması, burun tutulması, asqırma, quru öskürək, qoxubilmənin azalması və s.

Digər tərəfdən, İngiltərənin ictimai səhiyyə agentliyi NHS də açıqlama verib.

Açıqlamada COVID-19 ilə qrip və soyuqdəymə arasında çoxlu oxşarlıqların olduğu qeyd edilib.

NHS-ə görə COVID-19-un ən çox rastlanan simptomları aşağıdakı kimi sıralanır:

Yüksək hərarət və ya soyuqdan titrəmə, nəfəs darlığı, yorğunluq, iştahsızlıq, ishal.

Aynur
BakuPost


Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar