Ru
17:48 / 04 İyul 2025

İnquşetiyada yaşayan azərbaycanlı polis basqınına məruz qaldı - FOTO

İnquşetiyada yaşayan azərbaycanlı polis basqınına məruz qaldı - FOTO
Eye

İnquşetiyanın Sunca şəhərində yaşayan azərbaycanlı Səfərov Zaur Vassi oğlu polis basqınına məruz qalıb.

Bakupost.az xəbər verir ki, bu barədə məlumatı XəzərNews.az-a Z.Səfərovun özü verib.

O, qeyd edib ki, gündüz saatlarında 2-3 polis maşını yaşadığı mənzilə basqın edərək onu vəhşi kimi döyüblər:

“Tanımadığım bir qadın üzümə durdu ki, guya onu zorlamışam. Sonra bir sıra hazır sənədlərə qol çəkdirib haqqımda cinyaət işi qaldırdılar. İndi mənə 105 min rubl cərimə kəsiblər. Yaxın günlərdə məhkəmə prosesi olacaq”.

Qeyd edək ki, əslən Azərbaycanın Zaqatala rayonundan olan Z.Səfərov Sunca şəhərindəki kafelərin birində aşbaz kimi çalışır.

O, İnquşetiyada anası ilə birgə yaşayır.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar