Ru
17:01 / 07 İyun 2024

"İnsanlar plastik torbalarla ağır metalları evlərinə daşıyırlar" - Ekspert

2751
Bəzi ölkələrdə plastik torbaların birdəfəlik istehsalı, paylanması, istifadəsi, ixracı və idxalına qadağa qoyulmağa başlanılıb. Bu qərar ətraf mühitin qorunması ilə bağlı tədbirlərlə izah olunur.

Bəs ölkəmizdə aparılan maarifçilik təbliğatlarından sonra plastik torbalardan istifadənin qarşısını nə qədər almaq mümkün olub?




Bakupost.az -ın sualını Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov cavablandırıb:

“Hələ 2009-cu ildə Azad İstehlakçılar Birliyi plastik torbalarla, materiallarla Bakının ətraf mühitinin çirklənməsinə dair küçə yürüşləri keçirib. Plastik torbaların, qabların üzərində olan beynəlxalq nişanları istehsalçılara göstərməklə izah etdik ki, siz bunu geri yığmalı və ətraf mühitin çirklənməsinin qarşısını almalısınız. O vaxt həmin plastik materialların yığılıb utilizasiya edilməsi ilə bağlı dövlət orqanlarına, biznes qurumlarına müraciət etdik. Təəssüf ki, heç bir dəyişiklik olmadı, plastik torbalar daha çox işə düşdü. Yalnız ona nail ola bildik ki, 2022-ci ildə Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin köməyi ilə qrant aldıq və 500-ə qədər bezdən hazırlanmış torbaları istehlakçılara payladıq. Bu çox məmuniyyətlə qarşılansa da, lakin bütövlükdə plastik torbalardan istifadənin qarşısını ala bilmədik”.

Ekspert bununla Ekologiya və Təbii Sərvətlər Nazirliyinin də məsələ qaldırdığını, plastik torbaların məhdudlaşdırılmasına çağırış etdiyini bildirib:

"Hətta plastik qabların məhdudlaşdırılmasıyla bağlı da qərarlar oldu. Bu işdə ən ciddi səhvlərdən biri o idi ki, qalın plastik torbaların satılmasına icazə verildi. Sənaye malları satılan yerlərdə plastik torbalara heç bir məhdudiyyət yoxdur. Yalnız ərzaq mağazalarında plastik torbalar pullu oldu və bu da bizim təklifimiz idi. Torbaların pullu olması MDB məkanının təcrübəsi idi. Lakin biz təklif edirdik ki, bu torbaların üzərində şəkil olmasın. İnsanlar o yazılarda olan ağır metalları yenə evlərinə daşıyırlar. Başqa ölkələrdə qaldırılan təşəbbüsləri yüz faiz bəyənirəm. Azərbaycanda artıq bu məsələ öz məcrasından çıxıb və qarşısını almaq mümkün deyil. Dövlətin bir çox qərar və tapşırıqları xüsusən biznes qurumları tərəfindən yerinə yetirilmir”.

Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər