İnstaqram itən və qaçırılan uşaqlar üçün hərəkətə keçib.
Bakupost.az xəbər verir ki, İnstaqram, çərşənbə günü Ümumdünya İtirilmiş Uşaqlar gününə özəl olaraq yeni funksiyasını təqdim edib.
Amber Alerts adlı funksiya istifadəçilərin bölgələrindəki itmiş uşaqların bildirimlərini görmələrinə və paylaşmasına şərait yaradacaq.
Bu yenilik ilk olaraq Amerika və başqa 25 ölkədə istifadəyə verilib.
Şirkət, daha sonra ölkələrin sayını artırmağı planlayır. Qarşıdakı bir neçə həftə ərzində Argentina, Avstraliya, Belçika, Bolqarıstan, Kanada, Ekvador, Yunanıstan, Quatemala, İrlandiya, Yamayka, Koreya, Litva, Lüksemburq daxil bir sıra ölkələrdə istifadədə olacaq.
Aynur
BakuPost