Ru
10:27 / 06 Avqust 2026

İran Ermənistanda strateji yol tikir: Azərbaycanı kənar keçən marşrut formalaşır

İran Ermənistanda strateji yol tikir: Azərbaycanı kənar keçən marşrut formalaşır
Eye

Ermənistanın cənubunda beynəlxalq Şimal–Cənub Nəqliyyat Dəhlizinin tərkib hissəsi olan Aqarak–Qacaran avtomobil yolunun 32 kilometrlik hissəsinin tikintisi davam edir.

“Bakupost” xəbər verir ki, bu barədə görüntülər "Azad İran" Teleqram kanalında paylaşılıb.

Məlumata görə, yol İran şirkəti tərəfindən inşa olunur. Layihənin tamamlanmasından sonra İranın cənub limanları ilə Qara dəniz limanları arasında yükdaşımalarının daha sürətli və intensiv həyata keçirilməsi nəzərdə tutulur.

Qeyd olunur ki, yeni marşrut İranın alternativ nəqliyyat dəhlizləri əldə etməsinə, eyni zamanda yükdaşımalarında Azərbaycan və Türkiyə üzərindən keçən marşrutlardan asılılığını azaltmasına xidmət edəcək.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar