Ru
19:34 / 05 Noyabr 2022

İran Rusiyaya PUA verdiyini ETİRAF ETDİ

2642

İran Rusiyaya pilotsuz uçuş aparatları (PUA) tədarük etdiyini etiraf edib.




Bakupost.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bildirib.



Onun sözlərinə görə, tədarüklər Ukraynada hərbi əməliyyatların başlamasından bir neçə ay əvvəl baş verib:



“Biz Ukrayna müharibəsindən aylar əvvəl Rusiyaya az sayda PUA-lar vermişdik. Biz Ukraynanın xarici işlər naziri ilə razılaşdıq ki, Rusiyanın Ukraynada İran PUA-larından istifadə etdiyinə dair əllərində olan sənədləri bizə təqdim etsin. İki həftə əvvəl bir Avropa ölkəsində belə bir görüşümüz oldu, müdafiə və siyasi nümayəndə heyətimiz həmin Avropa ölkəsinə getdi, təəssüf ki, Ukrayna nümayəndə heyəti iştirak etmədi”.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər