Ru
12:27 / 02 İyul 2025

İran təslim olur - "Xameneinin nüvə ilə bağlı fətvası..."

İran təslim olur -  "Xameneinin nüvə ilə bağlı fətvası..."
Eye

"ABŞ-nin zərbələri nəticəsində İranın nüvə obyektlərinə böyük ziyan dəyib".

Bakupost.az xəbər verir ki, bu barədə İslam Respublikasının Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Arakçi CBS News-a müsahibəsində deyib.


"Heç kim Fordoda nə baş verdiyini dəqiq bilmir. Hazırda obyektlərə ciddi və böyük ziyan dəydiyini bilirik. İran İslam Respublikasının Atom Enerjisi Təşkilatı hazırda qiymətləndirmə və təhlillər aparır və hesabat hökumətə təqdim olunacaq".

Diplomatın sözlərinə görə, “zərərin miqyası haqqında hələ ki, dəqiq məlumat yoxdur”:

“Biz nüvə obyektlərini yenidən işə salmağın mümkün olub-olmaması, onların yenidən işə salınıb-salınmayacağı ilə bağlı qiymətləndirmələri gözləməliyik. İslam İnqilabının Ali Rəhbəri Ayətullah Əli Xameneinin fətvasına əsasən, nüvə silahının İran İslam Respublikasının müdafiə doktrinasında yeri yoxdur. O, dini baxımdan qadağandır”.

Zaur,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar